Muəllif:

Qaz idarəsinə rəis qoymaq üçün 25 min manatını alıb

Bakıda 50 yaşlı kişidən dələduzluq yolu ilə 25 min manat pulunu alıblar. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Seyidzadə küçəsi 1/65 ünvanında yaşayan Elxan Canbaxış oğlu Məmmədov polisə ərizə ilə müraciət edərək 25 dekabr 2012-ci il tarixdə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 140 ünvanında yaşayan Rövşən Qayıtmaz oğlu Hüseynov onu Qaradağ Rayon Qaz istismar İdarəsi rəis vəzifəsinə təyin etmək üçün ondan 25 min manat pulunu almaqla dələduzluq edib.

Maraqlıdır, adam bu vəzifəyə oturmaq üçün nə əcəb 25 min manatından keçməyə hazır olub? Görünür, verdiyi pulu tez bir zamanda çıxaracağına əmin imiş.Təbii ki, yalançı tamahkarı aldadar…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 155