Qatilin daha bir neçə oğurluq əməlinin üstü açılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşını öldürən şəxsin daha bir neçə cinayət əməli ortaya çıxıb.
DİN saytına istinadən, Abşeron polis əməkdaşları tərəfindən avqustun 16-da qəsdən adam öldürdüyünə görə tutulan Əlaqif Abbasovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun avqustun 3-də Xırdalan şəhər sakini Əminə Məmmədovanın evindən 2000 manat pul, 1000 manat dəyərində qızıl əşyaları və iyulun 27-də Güləbəddin Orucovanın evindən 3250 manat pul və qızıl əşyalarını oğurlaması da müəyyən edilib.
Ə. Abbasovun “Bərəkət-98” firmasının ofisindən içərisində 100 manat və möhür olan seyfi, Reyhan Müzəffərovanın evindən 2850 manat pul oğurlanması da müəyyən edilib.
Avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun 1955-ci il təvəllüdü həyat yoldaşı Elmira Xalid qızı Dadaşova Əlaqif Abbasov tərəfindən bıçaqlanaraq qətlə yetirib. Abbasov ilkin ifadəsində evə oğurluq məqsədi ilə girdiyini bildirib.