Muəllif:

Qatil oğul — ömürlük, ata isə 14 il 6 aylığa həbsxanaya göndərildi

Bakıda dəhşətli qətl törədən oğul ömürlük, atası isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusilə ağır cinayət törətməkdə ittiham olunan Hüseyn Seyidəliyev və oğlu Yasinin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Yasin Seyidəliyev ömürlük, Hüseyn Seyidəliyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. İttihama görə, ötən il iyunun 17-də, saat 12:30 radələrində Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən parkda H.Seyidəliyev və oğlu Yasin kürəkəni Mamed Nuriyev və onun qardaşı Vəkillə mübahisə ediblər.

Ailə münaqişəsi zəminində qohumlar arasında yaranan mübahisə sonradan davaya keçib. Nəticədə H.Seyidəliyev və oğlu Nuriyev qardaşlarına çoxsaylı bıçaq zərbələri vurublar. Bıçaq zərbələri alan qardaşlar elə hadisə yerində dünyalarını dəyişiblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 314