Qatil ağac yolda öz işini gördü: bir ölü, bir yaralı
Şosse yolunun üstündəki nəhəng ağacı bir gün güclü külək yola aşıracaq. Ona Qatil Ağac da demək olar. Yolda dayanıb öz anını gözləyirki, işini görsün. O an yoldan ötüb keçən avtomaşını fəlakət gözləyir. Neçə illər öncə Qazax-Tbilisi yolunda belə bir hadisə yoldan ötüb keçən maşını əzmiş, ondakıların ölümünə səbəb olmuşdu. İndi Şəmkirdə eyni hadisə — yenə ölüm…
Zəyəmdə nəhəng çinar ağacı VAZ 21 011 avtomobilinin üzərinə aşıb. Bakı-Qazax avtomobil magistralında baş vermiş bu hadisə nəticəsində avtomobilin sürücüsü Lətif Mehdiyev idarəetməni itirib və avtomobil dərəyə yuvarlanıb. Sürücü — 51 yaşlı Ağstafa rayon sakini hadisə yerində keçinib, sərnişin — sürücünün həyat yoldaşı 47 yaşlı Fatmanisə Mehdiyeva isə xəstəxanaya yerləşdirilib.
Yola xidmət edən «yol idarəsi» deyilən struktur var. Onun əməkdaşları
Qatil Ağacı vaxtında görməli — onun boyunu qısaltmalı, yola uzanmış
hədələyici qol-qanadını budamalı idilər. Bunu etməyiblər. Yəni vətəndaşın
həyatını itirməsində konkret təqsirləri var. Onlardan cavab sorulacaqmı?