Muəllif:

Qatarın sürücüsü qəza baş verən an telefonla danışırmış…

İspaniyada sərnişin qatarının ağır qəzaya uğramasını araşdıran müstəntiqlər sürücünün faciə baş verən an telefonla danışdığı üzə çıxıb. BBC xəbər verib ki, müstəntiqlərin məhkəməyə verdikləri açıqlamasında qeyd olunur ki, qatarın relsdən çıxdığı an onun sürəti saatda 153 km təşkil edib. Maşinist əyləci işə salan an qatarın sürəti saatda 192 km olub. Qeyd olunan faktları qatarın “qara qutuları” qeydə alıb. Qeyd edək ki, qəzanın baş verdiyi sərt döngədə saatda 80 km sürət məhdudiyyəti tətbiq olunur.

Xatırladaq ki, iyulun 24-də Santyaqo de Kompostela şəhəri yaxınlığında baş vermiş qəzada 79 nəfər həlak olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 136