Muəllif: Redaksiya
Qarabağlı Ənvər Suriyada öldürüldü, orada basdırıldı
Tərtər rayon sakini Ənvər Zeynalov Suriyada hökumət əleyhinə döyüşlərdə öldürülüb. Bu barədə Ə.Zeynalovun yaxınları bildirib. Onun “Azad Suriya ordusu” adlı silahlı qruplaşmanın tərkibində döyüşən azərbaycanlılardan biri olduğu bildirilir.
Yaxınları Ə. Zeynalovun cənazəsini Azərbaycana gətirmək istəsələr də mümkün olmayıb. Belə ki, ölkənin hüquq-mühafizə orqanları meyitin ölkəyə gətirilməsi məsələsini həll edə bilməyib və Ə.Zeynalov Suriyada dəfn edilib.
Tərtərdə isə Ə.Zeynalova yas məclisi təşkil olunub. Onun valideynlərinin yaşadığı Teymur Əmrahov küçəsində təşkil olunan mərasimə yerli əhalidən daha çox vəhhabi təriqətinə qulluq edən şəxslər qatılıblar.
Bölüm: Dünya
Oxunma sayı: 283