«Qarabağ» IV təsnifat mərhələsində: rəqiblər müəyyənləşib
Avqustun 8-də Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verildikdə, bu turdakı yeganə təmsilçimiz — “Qarabağ” növbəti oyununa çıxdı və bu tur onun üçün uğurlu oldu. Ağdam klubu öz rəqibinə — rəqibi İsveç təmsilçisi “Gefle”qə üstün gəldi.
Bakıda 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri rəqibini Skandinaviyada da məğlub edib. Komandamız hər hissədə 1 qol vuraraq 4-cü təsnifat mərhələsinə yüksəlib.
Ağdamlıların hər iki qolunu braziliyalı legionerlər vurub. Reynaldo isveçlilərlə ilk oyundakı kimi yenə fərqlənməyi bacarıb.
Üçüncü təsnifat mərhələsində (cavab oyunu) “Gefle” (İsveç) – “Qarabağ” (Azərbaycan) qolları Çumbinyo (41) və Reynaldo da Silva, (50) vurdular. Baş hakim Stefan Klossner (İsveçrə) idi. Oyun
Sundsvall şəhərində “Norrporten Arena”da keçirilirdi.
Bu arada Avropa Liqasının III təsnifat mərhələsinin bütün iştirakçıları, eləcə də Qarabağ”ın Avropa Liqasında potensial rəqibləri müəyyənləşib. Apasport.az saytına istinadən, pley-offda iştirak edəcək 62 komandanın adına aydınlıq gəlib.
Onlar Çempionlar Liqasının III təsnifat mərhələsində uduzanlar, Avropa Liqasının eyni mərhələsində qalib gələnlər və buradan birbaşa mübarizəyə qoşulanlardır.
Artıq komandalar iki səbətə, səpələnmiş və səpələnməmişlərə bölünüb. Turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da həmin 62 komanda arasındadır. Ağdamlılar səpələnməmişlər qrupunda yer alıb. Onlar 31 yüksək reytinqli səpələnmişlərdən biri ilə qarşılaşacaq.
Səpələnmişlər: “Tottenhem” (İngiltərə), “Dinamo” (Kiyev, Ukrayna), “Braqa” (Portuqaliya), “Rubin” (Rusiya), “Fiorentina” (İtaliya), Spartak” (Moskva, Rusiya), “Alkmaar” (Hollandiya), APOEL (Kipr), “Beşiktaş” (Türkiyə), PAOK (Yunanıstan), “Zalsburq” (Avstriya), “Genk” (Belçika), “Sent-Etyen” (Fransa), “Eştoril” (Portuqaliya), “Nitsa” (Fransa), “Şerif” (Moldova), “Suonsi” (İngiltərə), “Sevilya” (İspaniya), “Trabzonspor”, (Türkiyə), “Ştutqart” (Almaniya), “Rapid” (Avstriya), “Standart” (Belçika), “Udineze” (İtaliya), “Çernomorets” (Ukrayna), “Dnepr” (Ukrayna), “Betis” (İspaniya), “Partizan” (Serbiya), “Ayntraxt” (Almaniya), “Feynoord” (Hollandiya), “Makkabi” (Hayfa, İsrail), “Nordşelland” (Danimarka).