Muəllif:

«Qarabağ”ın şansı

Futbol üzrə Azərbaycan çempionatı özünün həlledici mərhələsinə daxil olur. Hazırda ölkə birinciliyinin qızıl medalları uğrunda mübarizə əsasən üç komanda arasında gedir. Bunlar 51 xalla turnir cədvəlinin birinci pilləsində olan “Neftçi”, hesabında 48 xalı olan “Qarabağ” və 47 xal toplayan “İnter”dir.

Bü gün çempionatda XXVII turun oyunlarına start verilir. Bu dəfə oyunlar 3 gün ərzində keçiriləcək. Turun 2 oyunu bu gün keçirilsə də, əsas diqqət iddialıların mübaizə apardığı birinci “altılığ”ın oyunlarına yönələcək. Bu tur çərçivəsində ilk qarşılaşma Bakıda olacaq. “İnter” “Simurq”u qəbul edəcək. “Bankirlər” liderlər qrupundan aralanmamaq üçün Zaqatala klubunu mütləq məğlub yola salmağa çalışacaq. Əks halda, “İnter”in çempionluq şansları daha da azalacaq. 15-ci “duel”ə aşkar üstünlüklə çıxacaq “İnter” cəmi 1 dəfə rəqibinə məğlub olub. Bakılılar öz meydanındakı qarşılaşmalarda, ümumiyyətlə, xal da itirməyib.

Tura bazar gününün matçları ilə yekun vurulacaq. Bir neçə gün öncə kubok yarışında üz-üzə gəlmiş “Bakı” ilə “Qarabağ” bu dəfə çempionat oyununda üz-üzə gəlir. İndiyədək 40 dəfə qarşılaşan rəqiblərin duellərində “Bakı” qazandığı qələbələrin sayına görə üstündü. Hazırda turnir cədvəlinin ikinci pilləsində olan Ağdam klubu həm kubok oyunundakı məğlubiyyəti unutdurmaq, həm də qızıl medallar uğrunda mübarizəsini davam etdirmək üçün “Neftçi”yə mütləq qalib gəlməlidir.

Qızıl medallara ən real namizəd “Neftçi” bu tur öz meydançasında “Qəbələ” ilə qarşılaşır. Bu komandalar arasında oyunların statistikasında “Neftçi”nin üstünlüyü var. İndiyə qədərki qarşılaşmalarda “Qəbələ” 6, “Neftçi” isə 8 qələbə qazanıb. Topların nisbəti də bakılıların xeyrinədir – 25:16. “Neftçi”nin ümumi balansdakı üstünlüyünə baxmayaraq, son oyunlarda əyalət təmsilçisinin fəallığı nəzərə çarpır. Belə ki, son 5 qarşılaşmanın 4-də “Qəbələ” qalib gəlib. Üstəlik ötən mövsüm “qırmızı-qaralar” Premyer Liqanın final mərhələsində həm ev, həm də səfər matçında qələbə qazanıblar (4:1; 1:0).

Nəhayət, turun son matçında “Xəzər Lənkəran” “Sumqayıt”ı qəbul edəcək. “Xəzər Lənkəran” 5-ci dəfə qarşılaşacağı “Sumqayıt”a heç vaxt uduzmayıb. Ancaq cari mövsümün ilk 2 oyununda qalib gələn də olmayıb. Cənublular bütün oyunlarda rəqib qapısına yol tapıb. Bu mövsümün görüşlərindən biri 1:1, digəri isə 2:2 hesabı ilə başa çatıb.

Futbol üzrə Azərbaycan çempionatı
20 aprel (şənbə)

19:00. İnter – Simurq
Bakı. “Şəfa” stadionu.

21 aprel (bazar)

16:00. Bakı – Qarabağ
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

18:00. Neftçi – Qəbələ
Bakı. “Baksell Arena”.

19:00. Xəzər Lənkəran – Sumqayıt
Lənkəran şəhər mərkəzi stadionu.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 194