«Qarabağ» Bakıda uduzdu, Almaniyaya isə uduzmamağa gedəcək
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib. Tık təmsilçimiz «Qarabağ» da öz meydanında Almaniyanın «Ayntraxt» (Frankfurt) klubu ilə üz-üzə gəlib.
Gərgin matç 2:0 hesabı ilə «Ayntraxt» klubunun xeyrinə başa çatıb.
Lakin «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda «Ayntraxt»la oyundan sonrakı mətbuat konfransında bildirib ki, cavab oyununda ən azından bu oyundan daha sərbəst, daha yaxşı oyun göstərməyə çalışacaqlar. Qurbanov bildirib ki, ilk dəqiqələrdə olan diqqətsizlik qolun buraxılmasına səbəb oldu: «Nəzərə almaq lazımdır ki, Bundesliqa komandasına qarşı oynayırdıq. Belə bir komandanın Azərbaycana gəlməsinin özü də müsbət haldır. Cərimə meydançasında rəqib çox təhlükəli idi».
Baş məşqçi öz məyusluğunu da dilə gətirib: «İndiyədək məğlubiyyətə bu qədər məyus olmamışdım, çünki ölkənin hər yerindən oyuna baxmağa gəlmişdilər. Bu hər birimiz üçün bir təcrübə oldu. Bu gün texniki səflərimiz həddən artıq çox oldu, lakin hər bir oyunçunun mübarizliyindən razıyam».
Qurbanov həmçinin qeyd edib ki, Reynaldonun yoxluğu belə bir rəqibə qarşı oyunda hiss olundu, komandanın oyun sürəti aşağı düşdü.
Eyni zamanda Q.Qurbanov Azəbaycanın yaxşı gənc nəsil futbolçularının yetişdiyini bildirib: «Sumqayıtda ötən oyuna baxanda 2-3 yaxşı gənc futbolçu gördüm, adlarını çəkməsəm də onların yaxşı futbolçu kimi yetişəcəyini düşünürəm».
“Ayntraxt”-ın baş məşqçisi isə deyib ki, Bakıda qarşılarına texniki baxımdan hazırlıqlı komanda çıxıb. «Ayntraxt» klubunun baş məşqçisi Armin Fe Bakıda «Qarabağ»la oyundan sonrakı mətbuat konfransında bildirib ki. «Ayntraxt» «Qarabağ»la oyuna çox ciddi yanaşmışdı: «Oyunun əvvəlinə qol vurmaq bizim işimizə yaradı. Oyunu öz kontrolumuzda saxlamaq istəsədə Qarabağ bir çox anlarda üstünlüyə malik idi. Əsas nailiyyətimiz Rəşad Sadıxovun oyundan düşməsinə nail olmamız idi və bunu bacardıq».
Fe komandasının cavab oyununda daha dinamik futbol oynacağını bildirib.
Baş məşqçi Bakı azarkeşlərinin dəstəyini qeyd etdi: «İkinci hissədə özümüzü sanki təyyarədə hiss edirdik»
«Ayntraxt» klubunun heyətində «Qarabağ»a qarşı hər iki qolun müəllifi Meyer də oyun barədə öz fikirlərini bildirib: «Baş məşqçinin bizdən tələb etdiyini həyata keçirdik».