«Qara siyahı»ya düşmüş 3 fransız deputat danışdı
Fransa parlamentində «Dağlıq Qarabağla dostluq qrupu»ndan olan deputatlar Azərbaycan XİN tərəfindən dərc edilmiş person non qrataların «qara siyahısına» düşdüklərindən xəbər tutub stəkanda fırtına qoparıblar. Erməni mərkəzlərinin ciblərindən boylanan bu deputatlardan biri — Fransua Roşbluan «bu diktatı qəbul edəcəyindən söhbət belə gedə bilməz» (başqa sözlə, bir daha oğru kimi Azərbaycan torpaqlarına dal qapıdan girəcək).
Düşünmək qabiliyyətini bir az zəiflətmiş ola bu deputat iddia edib ki, «bu, Azərbaycanın da üzv olduğu ATƏT-in prinsiplərinə zidd olan təlükəli və presedenti olmayan manevrdir», guya icazəsiz Dağlıq Qarabağa getməklə «məsuliyyət və dialoq ruhu nümayiş etdiriblər».
Fransanını «Le Journal du Dimanche» qəzeti ilə söhbətində Roşbluan ölkəmizin ünvanına hədyan danışmağı özünə rəva görüb (erməni pulu şirindir): «Əvvəllər heç kəs bu ölkə ilə maraqlanmazdı. Bu gün bəzi parlamentarilər oraya gedirlər ki, ona başqa bir imic versinlər. Azərbaycan özünü məsum göstərir. Bu kriminal dövlətdir».
Ermənilərə çoxdan dadanmış, onların sponsorluğu ilə Fransa parlamentində
«erməni təşəbbüslərini» yeritməyə çalışan, bizim yaxşı tanıdığımız Valeri Buaye isə deyib: «Bu yeni imic — neftdollardan başqa bir şey deyil. Lakin mən düşünürəm ki, pulla hər şeyi ala bilməzsən. Bəlkə mən səhv edirəm» (erməni puluna satılmaq isə nəsə başqa şeydir madam Valeri üçün).
Fransa Senatı maliyyə komitəsinin sədri Filipp Marini də bəlli siyahıda adının olduğuna kinayə ilə reaksiya verib: «Dünyada çoxlu ölkələr var ki, Bakı kimi onları görmədən ölmək olar».
Bu deputatlar Fransa hökumətinə və xarici işlər naziri Loran Fabiusa müraciət ediblər ki, Azərbaycanlı həmkarını bu siyahını saytdan götürməyə və hətta … onlardan rəsmən üzr istəməyə çağırsın.