Muəllif: Redaksiya
«Qanuni oğru” Rafo Gəncinski Moskvada qandallandı
Qətl törətməkdə şübhəli bilinən azərbaycanlı «qanuni oğru» Rafo Gəncinski Moskvada saxlanılıb. Rusiya DİN mətbuat mərkəzinin əməkdaşı «İnterfax»a bildirib: «Moskva regionu ərazisində cinayət törətməkdə şübhəli bilinən qrupun fəal iştirakçıları saxlanılıb. Saxlanılan şəxslərin hamısı Azərbaycan Respublikasının vətəndaşlarıdır. Onlardan biri 33 yaşlı «qanuni oğru», kriminal aləmdə daha çox «Rafo Gəncinski» kimi tanınan şəxsdir.
Polisin məlumatına görə, kriminal avtoritet ötən il Moskvada qətl törədib, faktla bağlı cinayət işi qaldırılıb.
Bölüm: Kriminal
Oxunma sayı: 846