Muəllif:

“Qanun” Nəşrlər Evi vergi yoxlamaları ilə bağlı məhkəməyə müraciət edib

“Vergilər Nazirliyinin Vergi Auditi Departamenti tərəfindən bizə məktub göndərilib. Məktubda götürülən sənədlərin və kompüterlərdə olan məlumatların siyahısı göstərilib. Hətta əlyazmalara qədər nə götürülübsə, siyahısını bizə təqdim ediblər. Məktubda göstərilir ki, nazirlik araşdırma aparıb, mənə müraciət etsələr də, mən sənədlərlə tanışlıqda iştirak etməmişəm. Biz bunu qəbul etmirik və bildiririk ki, Vergi Auditi Departamenti tərəfindən “Qanun” Nəşrlər Evinə bu haqda heç bir müraciət daxil olmayıb”.

Bunu APA-ya açıqlamasında “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu deyib.

O qeyd edib ki, götürülən sənədlər nəşriyyat nümayəndələrinin iştirakı olmadan araşdırılıb: ““Qanun” Nəşrlər Evi vergi yoxlamaları ilə bağlı İqtisad Məhkəməsinə müraciət edib. Qanun tələb edir ki, hər şey məhkəmənin qərarından sonra davam etməlidir. Məhkəmə dekabrın ilk ongünlüyündə təyin olunub”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 208