Muəllif:

“Qanun” Nəşriyyat Evinin sənədləri hələ də qaytarılmayıb

“Qanun” Nəşriyyat Evinin sənədləri artıq 12 gündür ki, Vergilər Nazirliyi tərəfindən aparılıb, hələ də qaytarılmayıb. Bunu Turan-a qurumun direktoru Şahbaz Xuduoğlu bildirib. Xuduoğlu baş verən hadisə ilə bağlı 1 saylı Bakı İqisadi-İnzibati məhkəməsinə, Vergilər Nazirliyinə və dövlət başçısına müraciət etdiyini nəzərə çatdırıb.
Sənədlərin 12 gündür ki, Vergilər Nazirliyində saxlanmasına baxmayaraq, qarşı tərəf hələ də sənədlərin niyə aparılması haqda nəşriyyata hər hansı açıqlama verməyib.
Noyabrın 1-də 2-3 nəfər Vergilər Nazirliyinin uniformasında olmaqla 20-yə yaxın şəxs nəşriyyata basqın edib, nəşriyyat rəhbərliyinin etirazına baxmayaraq, mühasibat sənədlərini, hətta bu bölmədə çalışan əməkdaşların şəxsi əşyalarını belə müsadirə edərək özlərilə aparıblar. İndiyə kimi Vergilər Nazirliyi bu addımı niyə atdığını izah etmir və sükuta üstünlük verir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 179