Muəllif:

Qahirədən 48 vətəndaşımız təxliyə olundu, səfirlik qalır

Qahirədən 48 vətəndaşımızı təxliyə edən xüsusi təyyarə Bakıya döndüb. Vəziyyət ağır olsa da, səfirliyimiz fəaliyyətini davam etdirir.ı Təyyarə günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Azərbaycanın Misir səfirliyinin müşaviri Rafael Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, təyyarə ilə 48 Azərbaycan vətəndaşı gətirilib: “Biz 80 nəfəri gətirməyi planlaşdırırdıq. Lakin bəziləri gəlmək istəmədi. Misirdə qalan Azərbaycan vətəndaşları əsasən oranın vətəndaşları ilə nikahda olanlardır. Onlar orada qalmağa üstünlük verdilər”.

Misirdəki durum barədə danışan Bağırov komendant saatının tətbiq edildiyini, vəziyyətin ağır olduğunu bildirib: “Bununla belə, səfirlik işini davam etdirəcək. Hazırda səfir və daha bir diplomat Qahirədə işləyir”. Təyyarədə olan vətəndaşlar isə jurnalistlərə bildiriblər ki, ölkədə vəziyyət 2011-ci ildən də ağır xarakter alıb. Onların sözlərinə görə, o vaxt iğtişaşlar müəyyən yerlərdə baş verirdisə, indi istənilən yer təhlükəlidir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 148