Muəllif:

Qadını qəbiristanlıqda öldürən keçmiş polis işçisi imiş…

Qəbiristanlıqda törədilən ağır qətl hadisəsinin üstü açılıb. Suraxanı 31-ci Polis Bölməsinin araşdırmaları nəticəsində qətlə yetirilən qadının Nazilə Nüsrət qızı Əmrahova (1968) olduğu müəyyənləşib. Suraxanı polisi müəyyən edib ki, Əmrahovanı tanışı Zeynal Sadıqov (1970) bıçaqlayaraq öldürüb. Sadıqov tutulub və polisə verdiyi ilkin ifadəsində N. Əmrahovanı borc üstündə öldürdüyünü etiraf edib. Sadıqov əvvəllər Dövlət Yol Polisində çalışıb.

Hadisə Bülbülə qəsəbəsindəki qəbiristanlıqda baş verib. Qadımeyiti aşkarlanan 25-30 yaşlarında qadının üzərində zorakılıq əlamətləri olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 245