Muəllif:

Qadından “surroqat ana” kimi istifadəyə görə sərt cəza gəlir

Qadından “surroqat ana” kimi istifadə insan istismarı məqsədi ilə insan alveri hesab olunacaq və buna görə sərt cəzalar müəyyənləşəcək. MM bu məsələ ilə bağlı “İnsan alverinə qarşı mübarizə haqqında” qanuna və Cinayət Məcəlləsinə əlavə və dəyişiklikləri müzakirəyə çıxarmağa hazırlaşır.

Layihəyə əsasən, bununla yanaşı köləliyə bənzər adətlər və ondan irəli gələn asılılıqlar, insanın daxili orqanının qanunsuz olaraq çıxarılması, insanın üzərində bio-tibbi tədqiqatlar aparılması insan istismarı kimi insan alveri hesab olunacaq. Sadalanan bütün epizodlar üzrə CM 144-cü maddəsinə əlavə və dəyişikliklər edilərək müvafiq cəzalar da müəyyənləşəcək. Deyilən insan istismarı hallarına görə müvafiq olaraq 4 ildən 12 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub. Layihənin parlamentin 19 aprel iclasında müzakirəyə çıxarılacağı deyilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 225