Muəllif:

Qadın hokkeyçilər vaxtından əvvəl yarımfinala çıxa bilərlər

Fransanın Kamrai şəhərində Avropa çempionatında qitənin 8 ən güclü milli komandası sırasına vəsiqə qazanmaq üçün yarışan qadın otüstü hokkey yığmaları arasında II turun oyunları keçirilib. Azərbaycan hokkeyçilərinin daxil olduqları «A» qrupunda iştirakçılar istirahət ediblər.
Azərbaycan Otüstü Hokkey Federasiyasına istinadən, «B» qrupunda İtaliya təmsilçiləri ilk görüşdə polşalılar üzərində 1:0 hesablı qələbə qazandıqdan sonra dünən Rusiya millisini də 2:0 hesabı ilə məğlubiyyətə uğradıblar. Startda İtaliya hokkeyçilərinə 0:1 hesabı ilə uduzan polşalılar 2-ci oyunda Avstriya yığmasının qapısından 5 cavabsız qol keçiriblər.
Beləliklə, «B» qrupunda İtaliya komandası 6 xalla vahid liderdir. Polşa və Avstriya yığmaları 3 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri tuturlar. Rusiya təmsilçiləri isə xalsız sonuncu — IV yerdədirlər.
Bu gün Bakı vaxtı ilə saat 18.00-da «A» qrupunda çıxış edən Azərbaycan millisi ilk turda Litva hokkeyçiləri ilə heç-heçə (1:1) oynayan Ukrayna təmsilçiləri ilə qarşılaşacaq. Qrupda digər görüş isə Fransa və Litva komandaları arasında saat 20.00-da başlayacaq.
Bu qrupda həmyerlilərimiz 3 xalla yarış cədvəlinə başçılıq edirlər. Litva və Ukrayna yığmaları 1 xalla II-III yerləri bölüşürlər. Cədvəlin sonunda qərarlaşan fransızların aktivində xal yoxdur. Sabah qitə çempionatının hər 2 qrupunda III turun oyunları keçiriləcək. Azərbaycan hokkeyçilərinin son qrup görüşü saat 18.00-da Litva yığması ilə olacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 139