Muəllif:

Qadın hokkey komandamız Keyptauna hazırlaşır

Ölkəmizin qadın otüstü hokkeyçilərdən ibarət milli komandası yanvarın 21-dən 27-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizəyə qoşulacaq.
Trend Azərbaycan Otüstü Hokkey Federasiyasına istinadən məlumat verir ki, hokkeyçilərimiz bu məsul yarışa hazırlığı ötən ilin son aylarından başlayıb və hazırda yeni ilin ilk günlərindən Bakıda 2 həftəlik təlim-məşq toplanışında iştirak edirlər. Yığmamız yanvarın 16-da səfərə çıxacaq və yerli mühitə 5 günlük uyğunluq keçəndən sonra ayın 21-də start oyununu Qana hokkeyçilərinə qarşı keçirəcək. Ertəsi gün milli komandamızın rəqibi Avstriya təmsilçiləri olacaq.
Yanvarın 23-də istirahət edən yarış iştirakçıları 1 gün sonra 3-cü turun oyunlarında qarşılaşacaqlar. Həmin gün həmyerlilərimiz Litva hokkeyçiləri ilə görüşəcəklər. IV tur ərəfəsində komandalar daha 1 gün istirahət edəcəklər. Yanvarın 26-da millimiz yarışların ev sahibi — CAR yığması ilə mübarizə aparacaq. Turnirin sonuncu günü isə rəqibimiz Belçika idmançıları olacaq.
Dairəvi sistemlə keçiriləcək yarışın yekununda ilk 2 yeri tutan komanda Dünya Hokkey Liqası turnirinin III raunduna vəsiqə qazanacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 151