Muəllif:

Qadın boksçularımız Almaniyaya döyüşə yollanıblar

Boks üzrə qadınlardan ibarət milli komandamız 14 gün Qəbələ Olimpiya Kompleksində təlim-məşq toplanışı keçdikdən sonra Bakıya qayıdıb və Almaniyaya döyüşə yollanıblar. Komandamız fevralın 28-dən martın 3-dən Hamburqda beynəlxalq turnirlə iştirak edəcəklər.
Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, orada baş məşqçi Şamil Məhəmmədbəyovun rəhbərliyi altında 7 boksçumuz — Ceyran Dadaşova (48 kq), Anaxanım Ağayeva (51 kq), Alina Hacıyeva (81+kq), Əzizə Abbasova (51 kq), Leyla Həsənova (69 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayeva (81 kq+) mübarizə aparacaqlar. Bu yarışın yekunlarına əsasən 3 boksçumuz apreldə Polşanın paytaxtı Varşavada Feliks Stamın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə güclərini sınayacaqlar.
Qeyd edək ki, qadın boksçularımız üçün 2013-cü ilin ilk yarısının ən önəmlisi yeniyetmə və gənc qızlar arasında dünya birinciliyidir. Bu yarışın mayda İtaliyanın Kataniya şəhərində keçirilməsi nəzərdə tutulsa da, təşkilatçı ölkə maliyyə çətinliyinə görə bundan imtina edib. AIBA hazırda dünya birinciliyini keçirmək üçün digər federasiyalarla danışıq aparır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 160