Muəllif:

Qadın boksçularımız Almatı turnirində yarımfinala yüksəldilər

Qazaxıstanın Almatı şəhərində əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş qadınlar arasında boks turniri davam edir.
Azərbaycan Boks Federasiyasının mətbuat xidməti xəbər verir ki, Azərbaycan milli komandasının 4 üzvü yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özünə təmin edib.
Boksçularımızdan Əzizə Abbasova (48 kq), Yana Alekseyeva (60 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayeva (81 kq) yarımfinalda döyüşmək hüququ qazanıblar.
51 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova isə hələ ¼ final mərhələsinin görüşünü keçirməyib. Nisə Mehdiyeva isə (54 kq) ¼ finalda məğlubiyyətlə üzləşib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 147