Muəllif:

Qaçırılmış avtomaşınla qəza törədildi: ölən və yaralananlar var

DİN saytına istinadən, ötən gecə Ağstafa rayonu ərazisində baş verən yol qaçırılmış avtomaşınla törədilib. Ölən və yaralananlar var.

Gecə saat 01.00 radələrində rayonun Yuxarı Göycəli kənd sakini Rafiz Əmiraslanovun idarə etdiyi VAZ-2107 markalı və Qazax rayon sakini Tural Nəsibovun idarə etdiyi VAZ-2107 markalı avtomaşınlar toqquşub. Nəticədə Rafiz Əmiraslanov hadisə yerində ölüb, xəsarət almış sərnişinləri, oğlu Fərid və Ağstafa rayon sakini Anar Abbasov, habelə Tural Nəsibov və sərnişini, Qazax rayon sakini Qiyas Sarıyev isə xəstəxanaya yerləşdiriliblər.

Tural Nəsibov orada keçinib. Aparılmış araşdırmalar zamanı T.Nəsibovun idarə etdiyi VAZ-2107 markalı avtomaşının Qazax rayon sakini Səməndər Alıyevə məxsus olması və onun tərəfindən iyunun 8-də Qazax rayonu ərazisindən qaçırılması müəyyən edilib.
Faktla bağlı araşdırmaların davam etdirildiyi bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 161