Muəllif:

Qaçaqmalçı və narkotik alverçisi olan iranlıya 13 il oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda narkotik vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda olmaqda təqsirləndirilən İran vətəndaşları Nazarian Mehdi Reza və Erik Adinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, M. Nazarian 14 il, E. Adi isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar CM 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə , saxlama, satma, daşıma) və 206-cı (qaçaqmalçılıq) maddələrinin müxtəlif bəndələri üzrə ittiham olunublar. Onlar külli miqdarda narkotik vasitəni İrandan Azərbaycana keçirərkən həbs olunublar.

Onu da qeyd edək ki, hökmdən narazı qalan E. Adi apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 111