Muəllif:

Qaçaqmal yolu ilə gətirilən məhsullar məhv edilib

Bu gün Dövlət Gömrük Komitəsi yanında «Azərterminalkompleks» Birliyi qaçaqmalçılıq yolu ilə keçirilən zaman gömrük əməkdaşları tərəfindən saxlanılan zərərli və yararsız maddələrin daha bir partiyasını məhv edib. Komitənin regionlar üzrə idarələri xüsusi əməliyyatlar zamanı külli miqdarda insan sağlamlığına zərərli olan qida məhsulları, dərman preparatları, tütün məmulatları və spirtli içkilər müsadirə ediblər. Bu gün məhv edilən məhsullar arasında Xaçmaz, Astara, Tovuz ərazisində gömrük əməkdaşlarının 37 329 qutu tütün məmulatları olub. Belə ki, bu məmulatların tərkibində yoxlamalar zamanı kimyəvi maddələrin normadan 2 dəfə artıq olduğu aşkarlanıb. Bundan başqa, Xaçmaz, Tovuz, Biləsuvar ərazisindən gömrükçülər xüsusi əməliyyatlar zamanı 409 ədəd dərman preparatı, 135 flakonlar əldə ediblər. Bu preparatların tərkibində təsiredici maddələrin miqdarı aşağı olduğundan onların məhv edilməsi haqda qərar qəbul olunub.

Yararsız spirtli içkilər də məhv edilib. Müsadirə olunmuş 1 245 ədəd pivə, ayrı-ayrılıqda 1 059 litr və 1 216 litr şərab, 160 litr araq, habelə 10 625 kq yararsız yağlar məhv edilib. Yoxlamalar zamanı onların tərkibində çöküntü maddələri, bundan başqa, tərkibində standartlara uyğun olmayan maddələr aşkar olunub.

Eyni zamanda, xeyli miqdarda şirə, şirniyyat məmulatları, energetik içkilər də istifadə müddəti keçdiyi üçün məhv olunub. Bununla yanaşı, əməliyyat zamanı istifadəyə yarasız PC və DVD diskləri, biotexniki maddələr məhv edilib.

Gömrük Komitəsi bildirir ki, bu məhsulların qaçaqmal yolu ilə İran, Gürcüstan və Rusiya ərazisindən gətirilməsinə cəhd göstərilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 162