Muəllif:

Putin Sarqsyana dəstək mesajı göndərdi

Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə hərbi-texniki razılaşmanın imzalanması onun sübutudur ki, Ermənistan regionda Rusiyanın yeganə strateji tərəfdaşı olub və indi də belədir, — bu fikri Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Sıqanok «Armİnfo»nun müxbiri ilə söhbətində səsləndirib. Eyni zamanda o deyib ki, Putinin belə tapşırıq verməsi, həmçinin Rusiyanın Ermənistanın hazırkı prezidenti Serj Sarqsyanı ölkədə keçiriləcək seçkilərdə dəstəkləməsinin dolayısı ilə sübutudur.
Onun fikrincə, bununla da Ermənistan daha ucuz qiymətə hərbi sursat alacaq, habelə öz ərazisində Rusiya HHM sistemlərinin yerləşdirilməsinə dair danışıqlar apara biləcək.
«İkincisi və əhəmiyyəti heç də az olmayan amillərdən biri Rusiyanın regionda mövcudluğunu vacib edən Suriyadakı vəziyyət və İran problemidir və bu da Rusiyanın tərəfdaşı olan Ermənistan tərəfindən təmin oluna bilər», — o qeyd edib.
Ekspertin fikrincə, Rusiya Prezidenti tərəfindən bu sazişin imzalanmasının sürətləndirilməsi habelə Rusiyanın vasitəçi olduğu və dinc nizamlanmasının tərəfdarı kimi çıxış etdiyi Qarabağ münaqişəsidir. Bəzi ekspertlər hesab edirlər ki, Rusiya bu addımı ilə Ermənistanı Azərbaycanın qarşısında gücləndirmək istəyir. Ermənistanla hərbi-texniki əməkdaşlıq haqqında saziş çərçivəsində Ermənistanda RF-nin hava hücumundan müdafiə (HHM) sistemləri yerləşdirilə bilər.
Prezident Vladimir Putin yanvarın 14-də Ermənistanla hərbi-texniki əməkdaşlığın inkişafı haqqında müqavilənin imzalanması üçün danışıqların keçirilməsi barədə təklifi təsdiqləyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 163