Muəllif:

Putin: Etnik münaqişələ mədəniyyətdən məhrum insanlar səbəb olurlar

Etnik münaqişələrə hansısa xalqın nümayəndələri deyil, mədəniyyətdən məhrum olan insanlar səbəb olurlar. Bu barədə RİA Novosti Rusiya Prezidenti Vladimir Putinin bəyanatına istinadən məlumat verib. Putin Federal Məclisə illik müraciətlə çıxışında deyib: «Etnik münasibətlər vacib mövzudur. Burada bizim bir çox problemlərimiz, bir çox sosial-iqtisadi və ərazilərin inkişafı üzrə problemlərimiz, korrupsiya, dövlət institutlarının işindəki nöqsanlar və əlbəttə ki, təhsil və mədəniyyət siyasətində uğursuzluqlar cəmləşir».
Onun sözlərinə görə, bu, tez-tez etnik münaqişələrin həqiqi səbəblərinin səhv anlaşılmasına gətirib çıxarır: «Buna hansısa xalqın nümayəndələri deyil, mədəniyyətdən məhrum, həm öz, həm də başqalarının ənənələrinə hörmət etməyən insanlar səbəb olurlar».Vladimir Putin MDB ölkələrini məktəb attestatlarının qarşılıqlı tanınmasını təmin etməyə çağırıb
Putun bildirib ki, MDB ölkələrində rus dili mərkəzlərinin bazasında Rusiya standartları üzrə vahid dövlət imtahanının keçirilməsi məntəqələrinin yaradılması ilə bağlı məsələni həll etmək lazımdır».
Putin Federal Məclisə illik müraciətində qeyd edib ki, bütün bunlar MDB ölkələrindən istedadlı gənc insanlara Rusiyanın ali məktəblərinə daxil olmağa imkan verəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134