Muəllif:

Putin Ermənistanı tam himayəyə götürür

 Vladimir Putin dekabrın 2-də Ermənistana gələcək, III Rusiya-Ermənistan regionlararası forumunun işində iştirak edəcək və Rusiyanın 102-ci hərbi bazasına baş çəkəcək.  Yerevandakı danışıqların gündəliyinə ikitərəfli, o cümlədən ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın əsas məsələləri daxildir.

Eləcə də, Serj Sarkisyanın sentyabrın 3-də Moskvaya səfərinin yekunları üzrə əldə olunmuş razılaşmaların icrasının gedişi, eləcə də Ermənistanın Gömrük İttifaqına və Belarus, Qazaxıstan və Rusiyanın daxil olduğu Vahid İqtisadi Məkana qoşulması üzrə gələcək addımlarla bağlı fikir mübadiləsinin aparılacağı gözlənilir.

Kremlin mətbuat xidməti səfərin yekunları üzrə bir sıra birgə sənədlərin imzalanacağını bildirir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 105