Muəllif: Redaksiya
Pulu əldən qapırlar…
Hadisə dünən saat 15.00 radələrində baş verib. Bakı sakininin külli miqdarda pulunu əlindən qaparaq aradan çıxıblar. Nizami Rayon Polis İdarəsindən yayılan xəbərə görə, paytaxt sakini, 1974-cü il doğumlu Qurban Xəlilov Texnikabankdan çıxarkən, iki naməlum şəxs onun əlində olan polietilen paketə bükülmüş 50 min 966 manat pulu qaparaq qaçıblar.
Polis soyğuncuları axtarır.
Bölüm: Kriminal
Oxunma sayı: 127