Muəllif:

Prokurorluq Mursini tutmağa maddələr tapdı: həbsxanadan qaçış, casusluq…

Misir prokurorluğu devrilmiş prezident Məhəmməd Mursi və “Müsəlman qardaşlar” hərəkatının bir qrup liderləri barəsində istintaqın başlanmasına dair göstəriş verib. Belə ki, 2011-ci ildə baş verən inqilab zamanı Məhəmməd Mursi və onun bir neçə tərəfdarın Vadi ən-Natrun həbsxanasından qaçmışdılar və indi bu fakt araşdırılacaq.

Mursi casusluq, zorakılığa təhrikçilik və dövlətin iqtisadiyyatına ciddi zərər vurmaqda ittiham olunur.

Bu arada Misirin yeni hökuməti and içmişdir. «Müsəlman qardaşlar” isə ötən gün müvəqqəti prezident Ədli Mənsurun qarşısında and içmiş yeni nazirlər kabinetini qanunsuz elan edib.

“Bu qanunsuz hökumət, qanunsuz baş nazir, qanunsuz kabinetdir. Biz orada heç kimi tanımırıq. Biz onları hətta hökuməti təmsil edən şəxslər qismində belə tanımırıq”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 164