Muəllif:

Prokuror Orxan Kərimov və digərlərinə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, habelə «Zəngəzur» MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetinin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə araşdırması deyəsən sona yaxınlaşmaqdadır.
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərdən İbrahim İsgəndərovun 2 il müddətinə hər hansı vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 6 il, Ramiz Hüseynovun 10 il, onun qardaşı Rafiq Hüseynovun isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Orxan Kərimovun isə 3 il sınaq müddəti təyin olunmaqla 7 il 5 ay 5 gün müddətinə şərti azadlıqdan məhrum edilməsini istəyib.
Proses yanvarın 25-də davam etdiriləcək. Xatırladaq ki, O. Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma — passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.
Ürək xəstəliyindən əziyyət çəkən Orxan Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 157