Muəllif: Redaksiya
Professoru dərs zamanı auditoriyadan çıxarıb qovublar
BDU-nun professoru, tarix elmləri doktoru Altay Göyüşov İnternetdə sosial şəbəkələrdə fəallığına görə Universitetindən çıxarılıb. BDU rəhbərliyi A.Göyüşovdan tələb edib ki, öz xahişi ilə işdən çıxması barədə ərizə yazsın. Onu dərs zamanı auditoriyadan çıxarıblar. Bu barədə Göyüşov Facebook sosial şəbəkəsində öz səhifəsində yazıb, deyə Turan xəbər verir.
Alimin sözlərinə görə, onun qarşısında vətəndaş mövqeyi və işi arasında seçim qoyublar və o, birincini seçib. Göyüşov “Türk və Qafqaz xalqlarının tarixi” kafedrasında çalışıb, Türkiyə tarixi və Qafqazda islamın tarixi üzrə ixtisaslaşıb. O, Azərbaycanda islamın tarixi sahəsində nüfuzlu mütəxəssislərdən biri sayılır.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 144

