Muəllif:

Professoru açıb buraxmadılar: rüşvət ciddi məsələdir

BDU hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor, rüşvət üstündə tutlan Məhəmməd İmanlının apelyasiya şikayəti üzrə məhkəmə keçirilib.
İttihama görə, BDU hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlunun qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Müəyyən edilib ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
M.İmanlının yaşadığı evə baxış keçirilərkən sonuncu Bakı şəhər sakinindən rüşvət kimi aldığı 40.000 (qırx min) manat pulu təqdim edib, həmçinin yaşadığı evdən müxtəlif əsginaslarla ümumilikdə 79.300 (yetmiş doqquz min üç yüz) ABŞ dolları, 61.260 (altmış bir min iki yüz altmış) manat, 13.020 (on üç min iyirmi) avro və vətəndaşın adına olan əvvəlki təhsil müəssisəsini bitirməsinə dair diplomun surəti, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.
Həmin fakta görə Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.İmanlının ittiham olunduğu Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsini həmin məcəllənin 178.3.2-ci maddəyə (dələduzluq) tövsif edib. Həmin maddə ilə M.İmanlı 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə hökmündən narazı qalan M.İmanlının vəkilləri apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində M.İmanlının günahsız olduğunu və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin vəkillərinin apelyasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.
Məhkəmənin qərarından narazı qalan M.İmanlının vəkili Abbas Atakişi bildirib ki, məhkəmə qərəzli şəkildə müdafiə tərəfinin şikayətini təmin etməyib. Müvəkkilinin günahsız yerə həbsdə saxlanıldığını deyən vəkil məhkəmə qərarından kasasiya şikayəti də verəcəyini bildirib. Ali Məhkəmənin də müsbət qərar olmadığı halda Avropa İnsan haqları Məhkəməsinə müraciət edəcəklərini bildirib: “Məhəmməd İmanlının günahsız olduğunu sübut etməyə çalışırıq və buna da nail olacağıq. Məhəmməd İmanlı həbsdən azad ediləcək və onu günahsız yerə həbsdə saxlayanlar cəzalandırılacaq. Məhəmməd İmanlından günahsız yerə həbsdə saxlanılyan şəxslər də ondan üzr istəyəcəklər”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 163