Muəllif:

Professor Əsəd Yəqubinin şəxsi arxivindən yeni materiallar əldə edilib

Əlyazmalar İnstitutu pedaqoji elmlər doktoru, professor Əsəd Yəqubinin şəxsi arxivindən bir neçə material əldə edib.İnstitutdan verilən məlumata görə, buraya milliyyətcə azərbaycanlı olan İran alimi Təqi Eraninin bir neçə əsəri, onun həyat və yaradıcılığına dair tədqiqat işləri, Ə.Yəqubinin T.Erani barədə alman tədqiqatçıları ilə məktublaşmaları daxildir.

İnstitutdan bildiriblər ki, bu materiallar arasında Mirzə Fətəli Axundzadənin 1885-ci ildə Parisdə fars dilində kitab halında çap edilən “Hekayəti-xırs-quldurbasan” və “Mürafiə vəkillərinin hekayəti” əsərləri də var: “Kitaba fransızca ön söz yazmış Barbye göstərir ki, bu kitabı fars dilinə Mirzə Cəfər Qaracadaği tərcümə edib. O, bunları Tehran nəşrindən götürüb lüğət əlavə edərək, Parisdə nəşr etdirib. Kitab fars dilini öyrənmək istəyənlər üçün vəsait kimi hazırlanıb”. 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 184