Muəllif: Redaksiya
Prezidentlərin görüşünü razılaşdırmaq mümkün olmayıb
ATƏT Mins Qrupu yenə Ermənistan və Azərbaycan prezidentlərini danışıqlar masası arxasına əyləşdirə bilməyib, bu barədə İTAR-TASS diplomatik mənbəyə istinadla məlumat yayıb.
“İyunun 12-də Zaltsburqda keçirilməsi planlaşdırılan növbəti raund baş tutmayıb”, deyə mənbə qeyd edib. Onun proqnozuna görə, “indi bu görüş haqqında ən tez yayın sonlarında – payızın əvvəllərində danışmaq olar”.
Rusiya, ABŞ və Fransanın daxil olduğu ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi kimi çıxış edir. Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə 2011-ci ilin iyununda Kazan şəhərində görüşüblər. Bu görüşdən sonra tərəflər bir-birini danışıqları pozmaqda və qeyri-səmimilikdə ittiham edərək, aqressiv bəyanatlar veriblər (Turan).
Bölüm: Siyasət
Oxunma sayı: 115