ASK prezidenti 3-cü dəfə SSBK şura sədrinin müavini seçilib
ASK vitse-prezidenti Vüqar Zeynalov, ASK Baş katibi Məhəmmədəli Əfəndiyev, “Elba” MMC-nin icraçı direktoru Azər Muradov və SSB Konqresinin vitse-prezidenti Yuri Vinoqradovdan ibarət ASK heyəti Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin 10 oktyabr 2013-cü il tarixdə keçirilən X yubiley Qurultayında iştirak ediblər, deyə ASK-dan yayılan xbərdə bildirilir.
Qurultay ərəfəsində Rusiya Sənayeçiləri və Sahibkarları İttifaqının rəhbərləri ilə keçirilən görüşdə beynəlxalq işguzar əməkdaşlığın təşkili və iqtisadiyyatın inkişafı məsələləri geniş müzakirə olunub. Müzakirələrdə Rusiyanın tanınmış iqtisadçı-alimləri, Rusiya prezidentinin köməkçisi, akademik Qlazyev Sergey Yuryeviç, iqtisadçı alim Hagornun Yevgeni Ravxatoviç və digərləri də çıxış etmişlər.
Yeri gəlmişkən, qurultaya hazırlıqla əlaqədar Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin şura iclası da keçirilib.
Konqresin X qurultayını giriş sözü ilə Konqresin Şura sədri K.Baykenov açmışdır. Daha sonra tədbirdə rəsmi qonaqları salamlama nitqləri və Şuranın və Təftiş komissiyasının hesabatı dinlənilib.
Qurultay nümayəndələrinin bir qrupunun çıxışları olub. Hesabat dövrü ərzində görülmüş işlər müsbət qiymətləndirilib.
Konqresin vitse-prezidenti, RF Dövlət Dumasının iqtisadi siyasət üzrə Komitəsi Sədrinin birinci müavini Yuri Şamkov Konqresin Şura sədri, ASK prezidenti Məmməd Musayev, Tacikistan Ticarət-Sənaye palatasının sədri Şərif Said və Estoniyanın iri müəssisələr assosiasiyası Rəyasət Heyətinin üzvü Vyaxi Tiyt Şura sədrinin müavinləri, “Yevrokredit” bankının İH sədri Dmitri Pecalov Konqresin Nəzarət Təftiş Komissiyasının sədri vəzifələrinə seçiliblər.
Viktor Qluxix SSB Konqresinin prezidenti təyin edilib.