Muəllif: Redaksiya
Prezident Trayan Basesku cığallıq edir?
Rumıniya prezidenti Trayan Baseskunun cığallıq etdiyi, əvvəl razılıq verdiyi “Nabucco” qaz kəməri layihəsindən imtina etdiyi barədə öəbərlər yayılıb. Belə ki, guya Basesku Buxarest tərəfindən «Nabucco West» qaz kəməri layihəsinə xərclədiyi 23 milyon avronu Avropa İttifaqından geri qaytarmağı tələb edib.
Rumınıya bu layihə vasitəsilə Rusiyanın «Qazprom» şirkətindən asılılığı azaltmaq istəyirdi. Trend-in məlumatına görə, bu barədə Rusiyanın «Kommersant» qəzeti ölkə Prezidentinə istinadən məlumat yayıb.
Rusiya nəşri məlumat verir ki, Brüssel isə hesab edir ki, iddialar yanlış ünvana yönəldilib: «Nabucco» layihəsindən imtina qərarını Azərbaycanın «Şahdəniz» qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium qəbul edib.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 256