Muəllif:

Prezident ordu barədə danışdı

«Ordu quruculuğu istiqamətində keçən il də böyük işlər görülüb. Ordumuzun gücləndirilməsi üçün böyük tədbirlər görülüb, böyük sayda texnika, silah-sursat alınıb, infrastruktur yaradılıb». Bu sözləri Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev dedi.
Prezident qeyd edib ki, ötən il ümumi hərbi xərclər üç milyard dollardan çox olub: «Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik» (APA).
Ölkə başçısı ordu quruculuğu işində təkcə maddi-texniki təchizatın rol oynamadığını, eyni zamanda, peşəkarlıq və nizam-intizamın da əhəmiyyətli olduğunu vurğulayıb:
«Həm peşəkarlıq, həm nizam-intizam artmalıdır. Ordu cəmiyyətin bir parçasıdır. Orduda xidmət edən vətəndaşlar cəmiyyətin üzvləridir. Hər bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür. Biz gələcəkdə də ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın, nizam-intizamın artırılması istiqamətində siyasətimizi aparacağıq».
Prezident qeyd edib ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda aparıcı hərbi qüvvədir: «Bizim ordumuz böyük nailiyyətlərə çatıb. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcək, ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcək və verir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 155