Muəllif:

Prezident İlham Əliyev Türkiyənin kosmik və aviasiya sənayesi ilə tanış olub

Türkiyə ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioriteti sayılır. Bu barədə ötən gün prezident İlham Əliyev Ankarada Türkiyə prezidenti Abdulla Gül ilə görüşü zamanı bildirib.
“Türkiyədə gedən inkişafı görərkən biz də çox sevinirik. Türkiyə son illər ərzində böyük və uğurlu yol keçib. Sizin rəhbərliyinizlə ölkəniz dünya miqyasında böyük güc mərkəzinə çevrilib. Türkiyə nəinki bölgə məsələləri ilə, dünyada gedən proseslərlə bağlı öz prinsipial mövqeyini göstərir və Türkiyənin yanaşmasından, mövqeyindən çox şey asılıdır. Bu, bizi sevindirir, ruhlandırır. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaq”, — dövlət başçısı vurğuıayıb.
İqtisadi əməkdaşlığa toxunu İ.Əliyev diqqəti qarşılıqlı investisiyaların artımına yönəldib.
Növbəti beş ildə Türkiyə iqtisadiyyatına 15-17 milyard dollar həcmində Azərbaycan investisiyası qoyulacaq.
Səfər çərçivəsində İ.Ə Aerokosmik Sənaye Şirkəti ilə tanış olub. Dövlət başçısı “HÜRKUŞ” əsas təlim təyyarəsinin və “T129” hücum helikopterinin təlim uçuşlarını izləyib.
İ.Əliyevə “ANKA” pilotsuz təyyarə barədə məlumat verilib. Qeyd olunub ki, bu məqsədlə “Göytürk1” və Türkiyənin ilk milli yer kəşfiyyat peyki olan “Göytürk2”nin istehsalı baş tutub. Bundan əlavə, 1987-ci ildən başlayaraq şirkətdə “F-16” döyüş təyyarələrinin istehsalı həyata keçirilir (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 211