Muəllif:

Prezident hökumətin yeni tərkibini təsdiqləyib: tənqidlər özünü gözlətmədi

Oktyabrın 22-də prezident İlham Əliyev hökumətin yeni tərkibini təsdiqləyib. 1996-cı ildən Nazirlər Kabinetinin dəyişilməz rəhbəri olan Artur Rasizadə yenidən baş nazir təyin edilib.
Beləliklə, Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilib:
— Azərbaycan Respublikası baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;
— Azərbaycan Respublikası baş nazirinin müavini – Abid Qoca oğlu Şərifov;
— Azərbaycan Respublikası baş nazirinin müavini – Elçin İlyas oğlu Əfəndiyev;
— Azərbaycan Respublikası baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;
— Azərbaycan Respublikası baş nazirinin müavini, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Əli Şamil oğlu Həsənov;
— Azərbaycan Respublikası baş nazirinin müavini – İsmət Dursun oğlu Abasov;
— Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;
— Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Hüseynqulu Seyid oğlu Bağırov;
— Azərbaycan Respublikasının energetika naziri – Natiq Ağaəmi oğlu Əliyev;
— Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;
— Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Səlim Yanvar oğlu Müslümov;
— Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;
— Azərbaycan Respublikasının gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;
— Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;
-Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri – Şahin Abdulla oğlu Mustafayev;
— Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – Heydər Xanış oğlu Əsədov;
— Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;
— Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri – Əbülfəz Mürsəl oğlu Qarayev;
— Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri – Eldar Əhməd oğlu Mahmudov;
— Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;
— Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;
— Azərbaycan Respublikasının nəqliyyat naziri – Ziya Ərzuman oğlu Məmmədov;
— Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri – Əli Məmməd oğlu Abbasov;
— Azərbaycan Respublikasının səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;
— Azərbaycan Respublikasının təhsil naziri – Mikayıl Çingiz oğlu Cabbarov;
— Azərbaycan Respublikasının vergilər naziri – Fazil Əsəd oğlu Məmmədov;

Hökumətin bu tərkibdə formalaşdırılması ciddi tənqidlərə yol açıb. Məsələn, ekspert Qubad İbadoğlu qeyd edir ki, «nazirlərin yerini dəyişməklə onların səylərinin cəmi dəyişməyəcək».
Məsələn, İqtisadi İnkişaf Nazirliyi Sənaye və İqtisadiyyat Nazirliyi olub. Natiq Əliyevin nazirliyi isə energetika ilə kifayətlənəcək. Ekspert Vüqar Bayramovun sözlərinə görə, bu, qeyri-neft sektorunun artımına hesablanan yenidən strukturlaşmadır. «Ölkə rəhbərliyi hesab edir ki, şaxələnmə nəticəsində neft hasilatının xüsusi çəkisi azalacaq, 2018-20-ci illərdə real sektor 72-75%-ə çatacaq. Sənaye və İqtisadiyyat Nazirliyinin hazırlanan əsasnaməsi bunu göstərir», — deyə o bildirib.
İqtisadçı Qubad İbadoğlu köklü dəyişikliklər gözləmir. İİN-in yeni funksiyalar qazanması və inhisarçılıqla mübarizə kosmetik dəyişiklərə səbəb olub. «Əgər təyin edilən nazirlərin siyahısına baxsaq, müxtəlif sahələrin tənzimlənməsi üzrə klanların mübarizəsinin nəticələrini görə bilərik. Energetika naziri nominal funksiyalı məmur idi, indi o tamamilə portfelisz qalıb. Dövlət başçısının sərəncamında modernləşmə elementləri görmədim, — nazirlərin yerini dəyişməklə onların səylərinin cəmi dəyişməyəcək», — deyə alim bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 598