Prezident Dədə Qorqud Parkı ilə maraqlanıb
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 22-də Bakının Nərimanov rayonu ərazisində yeni salınan Dədə Qorqud parkında görülən işlərlə tanış olublar.
Burada dövlət başçısına məlumat verilərkən bildirilib ki, parkda Azərbaycan mədəniyyətinin nadir örnəklərindən olan Dədə Qorqud dastanına ucaldılan abidə kompleksi üzərində tamamlama işləri də həyata keçirilir. Prezident və xanımı parkın ərazisini gəzib, inşaat işlərinin gedişi ilə maraqlanıblar. Dövlət başçısı görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verib.
Bu parkda Dədə Qorquda abidə qoyulacağı barədə lap çoxdan yazılı daş qoyulmuşdu. Sonralar bu park hasara alındı, orada başqa tikililər ucaldıldı, parkın sahəsi gündən-günə lap balacalaşdı, «o daş» isə yaddan çıxdı. İndi bu məsələnın üzərinə yenidən qayıdılır.