Muəllif:

Prezident:“Biz “neft lənəti” deyilən haldan qaça bilmişik

Prezident İlham Əliyev Şahdəniz-2 layihəsinə fövqəladə önəm verir və əminir ki, bu layihə bölgənin enerji xəritəsini dəyişdirəcəkdir. Əliyev Bakıda Şahdəniz layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanma mərasimində çıxış edərkən bildirib ki, Şahdəniz-2 çərçivəsində gerçəkləşdiriləcək layihələr Azərbaycan qazının tələbat olan bazarlara çıxarılmasına imkan yaradacaqdır.

Əliyev Şahdəniz-2, TAP və TANAP-ın dünyanın ən iri enerji layihələrindən olduğunu vurğulayıb və qeyd edib ki, bu layihələr çərçivəsində 35 milyard dollar yatırım qoyulması və 30 min yeni iş yerinin açılması gözlənilir. Azərbaycan xalqını bu tarixi günlə əlaqədar təbrik edən prezidentin sözlərinə görə, enerji siyasəti Azərbaycan iqtisadiyyatının transformasiyası və diversifikasiyasına imkan yaradacaq.  Əliyev iqtisadiyyatın qeyri-neft sektorunun da inkişaf etdirdiklərini söyləyib: “Biz “neft lənəti” deyilən haldan qaça bilmişik”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 121