Portuqaliyaya uduzsaq da, «inkişaf var»
Portuqaliya ilə oyunda Azərbaycan yığmasından razı qala bilmərəm, Trend-in məlumatına görə, bunu DÇ-2014-ün Portuqaliyaya qarşı Bakıda keçirilən oyunundan (0:2) sonra millimizin baş məşqçisi Berti Foqts mətbuat konfransında deyib.
«Belə güclü rəqiblə oyunda gec-tez qol olacağını bilirdik. Təəssüf ki, iki qol buraxdıq. Portutqaliyanın bir neçə güclü futbolçusu var. Buna baxmayaraq, az da olsa, uğur qazanmaq şansımız var idi. Hücüm futbolu gozləyirdim. Ancaq bunu bacara bilmədik. Biz bunu bacarmalıyıq. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm», deyə Foqts bildirib.
«Bu gün stadionda oyunu 30 min azarkeş izlədi. Futbolun təbliği ilə jurnalistlər məşğul olur. Şəxsən mən bir jurnalist kimi belə futbolu təblig etdiyimə görə xəşalət çəkirəm. Bəs, siz necə,xəcalət çəkirsiniz? Sualına cavabında isə Foqts deyib ki, Azərbaycan FİFA reytinqində əvvəl hardaydı, indi hardadı, bunu nəzərə almaq lazımdır. Azərbaycan millisində inkişaf var.
Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində millimizin Portuqaliyaya 0:2 hesablı məğlubiyyəti stadiona toplaşan minlərlə azarkeşlərin etirazına səbəb olub.
İlk qolu buraxdıqdan sonra Tofiq Bəhramov adına stadionda Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa xitabən «istefa» şüarları səslənib.