Muəllif:

Polşada polkovnik Vəli bəy Yadigarın xatirə lövhəsi açılıb

Polşanın Qrudzyonds şəhərində 8-ci radioelektronik batalyonun ərazisində vaxtilə Ali Süvari Məktəbinin (1922-1939) yerləşdiyi binada Vəli bəy Yadigarın xatirə lövhəsinin açılıb. Azərbaycanın Polşa səfirliyindən bildirilir ki, səfir Həsən Həsənov törən iştirakçılarını Azərbaycan haqda məlumatlandırıb və Azərbaycan Cümhuriyyəti dönəmində ölkədə fəaliyyət göstərmiş polyaklar haqda danışıb. O, Azərbaycan və Polşa xalqının qəhrəman övladı polkovnik Vəli bəy Yadigara həsr olunmuş abidənin açılışını tarixi hadisə kimi dəyərləndirib.

Diplomat 1918-1920-ci illərdə Azərbaycanda ordu quruculuğunda iştirak etmiş Maçiey Sulkieviç haqqında da məlumat verib. Həsənov Sulkieviçin Azərbaycanın Qızıl Ordu tərəfindən işğalından sonra güllələndiyini və onun son sözünün “Mən fəxr edirəm ki, Azərbaycan əsgəri kimi ölürəm” olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Qrduzyondz şəhərinin meri Robert Malinovski çıxışında əslən azərbaycanlı olan Vəli bəy Yadigarın Polşanın ən sadiq oğlu olduğunu vurğulayıb və ölkənin ən çətin anlarında göstərdiyi şücaətdən danışıb.

Sonra Həsən Həsənov və polkovnik-leytenant Radzislav Smulkovski xatirə lövhəsini açıblar.
Vəli bəy Yadigar (1897-1971) 1920-ci ildə bir çox hərbçilərlə birlikdə Türkiyəyə, oradan Polşaya mühacirətə gedib, polyak ordusunda xidmətə qəbul olunub, 1939-cu ildə Hitler Almaniyası Polşaya hücum edəndə onlara qarşı vuruşub, Varşava üsyanında iştirak edir. Müharibədən sonra Argentinaya -Buenos-Ayresə gedib, orada vəfat edib. 1990-cı ildə Varşavada tatar qəbristanlığında təkrar dəfn edilmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 388