Muəllif:

Polislər onu 7 yaşlı nəvəsi ilə birlikdə maşına basıblar

Bu qəribə ghadisə Ağstafa rayonunda baş verib. Müxalifətin vahid namizədinin nümayəndəsi əcaib bir şəkildə polisə aparılıb. Avqustun 6-da AXCP Ali Məclisinin üzvü, Milli Şuranın vahid namizədinin Ağstafa rayonu üzrə təşəbbüs qrupunun sədri Sövdagar Mursaquliyev yaşadığı Muğanlı kəndində saxlanılaraq polis bölməsinə aparılıb. Bu barədə El Hərəkatı Ağstafa təmsilçisi Telman Qəhrəmanlı məlumat verib (Turan).
Qəhrəmanlının sözlərinə görə, bu İcra Hakimiyyətinin onların avqustun 2-də Ağstafa rayonunda Milli Şuranın vahid namizədinin Ağstafa rayonu üzrə təşəbbüs qrupunun iclasının keçirilməsi üçün müraciətinə verilən “cavabdır”. Belə ki, qanunvericiliyə uyğun olaraq Milli Şuranın vahid namizədinin Ağstafa rayonu üzrə təşəbbüs qrupunun sədri Sövdagar Mursaquliyev İcra Hakimiyyətinə rəsmi məktubla müraciət edib. T.Qəhrəmanlı bildirir ki, müraciətə hələ də cavab verilməsə də, avqustun 6-da səhər saat 7 radələrində polis əməkdaşları Mursaquliyevin yaşadığı evə gələrək, ondan dərhal polis bölməsinə getməsini tələb ediblər:
“Ən dəhşətli fakt ondan ibarətdir ki, Sövdagar Mursaquliyev evdə 7 yaşlı nəvəsiylə tək olub. Və uşağı kiminsə yanında qoymağa imkan olmadığından 7 yaşlı körpəni də polis maşınına basaraq bölməyə aparıblar. Üç saatdan artıq dindirilmə prosesində 7 yaşlı körpə polis bölməsində ciddi sarsıntı keçirib. Yol verilən qanun pozuntusu ilə bağlı prokurorluğa müraciət edəcəyik”.
Qəhrəmanlı onu da bildirib ki, bölmədə S.Mursaquliyevə təzyiq edərək, nəyə görə icra hakimiyyətinə belə bir müraciət göndərdiyini soruşublar. S.Mursaquliyev isə qanunun buna imkan verdiyini deyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 199