Muəllif: Redaksiya
Polisə bıçaqla müqavimət göstərən qardaşlar tutuldu
DİN saytına istinadən, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində avqustun 27-də Mingəçevir şəhəri Təbriz küçəsində Səbail Rayon Polis İdarəsi tərəfindən CM 126-cı və 315-ci maddələri ilə axtarışda olan Fikrət Gülməmmədov qardaşı Bəxşeyişin idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşında saxlanılıb. Bu zaman onlar polis əməkdaşlarına qarşı bıçaqla müqavimət göstəriblər.
Fikrət Gülməmmədov və qardaşı Baxşeyiş tutulub, avtomaşına baxış zamanı 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.
Bölüm: Kriminal
Oxunma sayı: 147