Muəllif:

Polis Taksimdə durumu dincliklə nəzarətə aldı

Anadolu agentlitinin xəbərinə görə, polis bu səhər Taksim meydanında durumu dincliklə nəzarətə alıb. Bu əsnada polisə müqavimət cəhdləri də olub. Polis özünü təmkinli aparıb. Artıq səhər saatlarında polis Taksim meydanına gedən yolları bağlaya bilib.Bu küçələrin yenidən avtomobillərin hərəkətinə açılması üçün gərəkən işlər görülür.

Polis Atatürk Kültür Mərkəzi və Atatürkün anıtı üzərindəki pankartları götürüb, yerinə dövlət bayraqlarını asıb.

Bu arada baş nazir Ərdoğanın çərşənbə günü Gəzi parkı etirazları ilə bağlı görüşəcəyi şəxslərin adları bəlli olub. Onlarlın arasında memar, tələbə, qəzetçi, akademik və sənətçi olmaqla hər qrupdan etirazçılar var. Bir sözlə, konfliktin sivil və demokratik yolla həllini tapacağına ümid var.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 150