Polis qrupu Novxanıda El ofisinə basqın etdi
Bu gün Novxanıda El ofisinə Binəqədi polisinin 10-dək əməkdaşı basqın edib. Polislər ofisin ərazisinə daxil olub, binanın qarşısına şlaqbaum qoyublar, öz hərəkətlərini belə izah ediblər ki, guya bu binada «dövlət çevrilişi hazırlanır». Rayonun polis rəisi və İH başçısının köməkçisi də orada olub. Binanı icarəyə vermiş şəxsə qarşı təzyiqlər göstərilib. EL hərəkatının lideri Eldar Namazov Turan agentliyinə bildirib ki, «faktik olaraq onların əmlakına həbs qoyulub. Polis heç kəsi özəl binaya buraxmır. Bu nam özbaşınalıqdır».
Eldar Namazov AYNAya baş verənləri təsdiq edib və bildirib ki, onlar sabah bura köçməyə hazırlaşırmışlar və binaya məhz Binəqədi polisi basqın etmişdir. Deyir:
«bizi birinci dəfə ofisdən məhrum edəndə iqtidar hərçənd özünü o yerə qoymur və deqirdi ki, baş verənlərə heç bir aidiyyəti yoxdur və bunu bina sahiblərinə təzyiq yolu ilə edirdilər. Bu dəfə isə maskalar bir kənara atılıb.Binəqədi rayon İH başçısının birinci müavini və rayonun polis rəisi və 10 polis əməkdaşı ofisə gəlib, çlokpost qoyub və texniki işlərlə məşğul olaraq ofoso sabahkı günə hazırlayan əməkdaşlarımızı içəri buraxmırlar. Belə ki, biz sabah tam olaraq orada yerləşməyi planlaşdırırdıq. Onlar bizə öz tələblərini bildirdilər və eləcə də dövlət çevrilişinə hazırlıq ittihamı irəli sürdülər və bəyan etdilər ki, hakimiyyət bizim ofisin burada yerləşməsinə icazə verməyəcək. Bütün bu ittihamlar sadəcə cəfəngiyyatdır. Bizim bütün etirazlarımıza rəğmən bildirdilər ki, dövlət başçısının adından hərəkət edirlər. Guya prezident EL-in yeni ofisinin harada yerləşdiyi ilə maraqlanıb və onu az qala kosmosdan baxıb axtarıblar. Bu yolla ouya obyektin fotoşəklini çəkiblər. Bu gün Lənkəranda EL hərəkatı fəallarının
yığıncağı olmalı idi və bizim təmsilçi, tanınmış ictimai xadim Eldəniz Quliyev ora yola düşmüşdü. İndicə bizə bəlli oldu ki, onun avtomobilinə Lənkəran İH-nin təşkil etdiyi hücum olub. Eləcə də bizə fasiləsiz olaraq məlumat daxil olur ki, bölgələrdə hərəkatımızın üzvlərinə təzyiqlər edilir. Onları və onların ailə üzvlərini polisə və icra hakimiyyətinə çağırırlar. Onları işdən qovmaqla və digər cəza tədbirləri ilə hədələyirlər. Bir sözlə hakimiyyət bir aydan da az olar prezentasiyası olmuş hərəkatımıza qarşı total hücuma keçib».
Eldar Namazov deyib ki, onlar geri çəkilmək niyyətində deyillər və işlərini davam etdirəcəklər. «Görünür ölkə iqtidarı situasiyanı izləyib və bu qərara gəlib ki, belə bir hərəkat son dərəcə təhlükəlidir. Lakin biz baş verənlərə baxmayaraq öz idarə heyətimizin iclasını keşiririk və yaranmış vəziyyəti müzakirə edirik. Mən demişəm ki, El kabinet partiyası deyil, biz bölgələrlə, əhali ilə işləyirik. Təsadüfi deyil ki, EL bölgələrdə fəaliyyətə başlayandan sonra hakimiyyət öz nazirlərini məhz o istiqamətlərə göndərib ki, əhali ilə görüşsünlər və əks-təbliğat aparsınlar»- deyə Namazov bildirib.
Binəqədi polisi və İH rəsmiləri AYNAnın sorğusuna cavab olaraq baş verənlərə görə yaxalarını qırağa çəkirlər.

