Muəllif:

Polis leytenantıi “Range Rover”i hasara çırpdı: 3 ölü, 2 yaralı

Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə dünən saat 21:00 radələrində Bakı-Şamaxı yolunun 121-ci km-də, Şamaxı şəhəri ərazisində qeydə alınıb. Bakı şəhər sakini, Səbail rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı, 30 yaşlı Səbuhi Əsgərovun idarə etdiyi EM622 tranzit nömrə nişanlı “Range Rover” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq hasara çırpılıb.

Hadisə nəticəsində sürücünün özü ilə yanaşı, Bakı şəhər sakinləri-30 yaşlı Rafael Rzayev və 22 yaşlı Fərhad İbrahimov keçinib, 32 yaşlı Kamal Qurbanov, 30 yaşlı Orxan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 156