Muəllif:

Polis «Kür» qərargahının işinə mane olmayıb

“Kür” vətəndaş cəmiyyəti qərargahı Qax-Zaqatala zonasında zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı vəziyyətin növbəti monitorinqini keçirib. Polis bu işə mane olmayıb.
Monitorinqdə bır sıra KİV-lərin, o cümlədən Turan İnformasiya Agentliyinin, “Yeni Müsavat”, “Azadlıq”, “Gündəm xəbər” qəzetlərinin və objective.tv və azadlıqnews.tv onlayn televiziyalarının nümayəndələri iştirak ediblər.
Monitorinqin məqsədi 2012- ci il may 7-də baş vermiş dağıdıcı zəlzələdən və sonrakı yeraltı təkanlardan sonra görülən bərpa işlərinin gedişatı ilə tanış olmaq, mövcud vəziyyəti və insanları narahat edən problemləri öyrənmək, eləcə də FHN tərəfindən tikilib istifadəyə verildiyi bildirilən 2984 evin yaşayış üçün hazır olub-olmadığını dəqiqləşdirmək idi. Monitorinq prosesi ümumlikdə 1 ay davam edib, deyə Turan-ın xəbərində deyilir.
Zaqatala rayonunun zəlzələdən ən çox ziyan dəymiş kəndlərində — Faldarlı, Qandax, Aşağı Tala, Yuxarı Tala, Bəhmətli, Muxax, Mamrux, Gözbarax, Yuxarı Çardaxlar, Qımır və digər kəndlərdə vəziyyət öyrənilib.
Monitorinqi Zaqatala rayon İH və Fövqəladə Hallar qərargahının nümayəndələri müşahidə ediblər. Sözügedən qurumlar və polis monitorinqin gedişinə mane olmayıb.
“Kür” qərargahının üzvləri Zaqatala rayon icra başçısının birinci müavini, habelə yerli hakimiyyətin və FH qərargahının digər nümayəndələri ilə görüşüblər.
Monitorinq zamanı bir sıra kəndlərdə hələ də problemlərin qaldığı, sakinlərin bəzi məsələlərdən şikayətçi olduğu, tikintilərin zəif həyata keçirildiyi, təsirə məruz qalan evlərdə çatların olduğu, eyni zamanda problemlərin aşkarlanması və həlli ilə bağlı FHN- nin müvafiq komissiyalarının evlərə baxış keçirilməsi prosesinin davam etdirildiyi qeydə alınıb.
Yaxın günlərdə Qax-Zaqatala zəlzələ bölgəsində ümumi vəziyyət, görülən işlər, mövcud problemlər, bu istiqamətdə ayrılan vəsaitlər, vəsaitlərin xərclənməsində şəffaflıq və səmərəlilik faktoru, tikilən evlərin keyfiyyəti və sayı, eləcə də bir evin tikilməsinə sərf olunan maliyyənin həcmi, həmçinin aparılmış monitorinqin nəticələri təhlil ediləcək.
Təhlil və qiymətləndirmələrin, eləcə də monitorinqin yekunu olaraq Hesabat hazırlanıb ictimaiyyətə təqdim olunacaq, habelə FHN-ə və digər müvafiq qurumlara göndəriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 121