Muəllif: Redaksiya
Polis bölməsi rəisinin başına güllə sıxdılar
İrəvan yaxınlığında yerləşən Yeqvard şəhər polis bölməsi rəisinin meyiti tapılıb. Bu gün səhər saatlarında polis bölməsi rəisinin sürücüsü bildirmişdir ki, o, dünən səhər «Nissan» markalı xidməti maşınında Yeqvard polis bölməsinin inzibati binasından yola düşüb və onun olduğu yer barədə heç bir məlumat yoxdur.
Sonradan hüquq-mühafizə orqanlarının əməkdaşları rəisin cəsədini aşkar ediblər. Razdan qəbiristanlığı yaxınlığında saxlanılmış xidməti maşınında başından güllə yarası almış vəziyyətdə tapılıb.
Bölüm: Kriminal
Oxunma sayı: 242