Muəllif:

Polis azərbaycanlı adam oğrusunu vurub öldürdü

Moskva restoranlarından birinin sahibinin oğlu, 20 yaşlı azərbaycanlı aprelin 18-də qaçırılıb. İki saat sonra onun atasına zəng vuran naməlum şəxslər oğlunun azadlığa buraxılması üçün 700 min dollar tələb ediblər… Polis aprelin 25-dən 26-na keçən gecə Naro-Fominsk rayonunun Aprelevka şəhərində xüsusi əməliyyat keçirib və bunun gedişində cinayətkar dəstənin rəhbəri Rafiq Mirzəyev öldürülüb, giirov götürülmüş 20 yaşlı azərbaycanlı azad edilib.

Rusiya mediasına istinadən,əməliyyat zamanı azərbaycanlını girov saxlayan mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri, Bakıda doğulmuş (1952) Mirzəyev Rafiq Canbaxış oğlu polislərə aktiv müqavimət göstərdiyi üçün öldürülüb. Dəstənin digər üç üzvü isə həbs edilərək qandallanıb.

Öldürülən Mirzəyevdən “Makarov” tapançası, 16 güllə və səsboğucu qurğu götürülüb. Girovun saxlandığı evə keçirilən baxış zamanı “AK-47” avtomatı və daha bir tapança aşkarlanıb. Mirzəyev əvvəllər adam oğurluğuna görə saxlanıb və bir neçə dəfə məhkumluq həyatı yaşayıb. 2010-cu ildən analoji cinayətlərə görə federal axtarışda imiş.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 218